Ana səhifə \ Media

Media

“Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqı tərəfindən yaradılan “Tudor Logistik və Sənaye Mərkəzi”-nin açılış mərasimi keçirilib. Mərasimdə Naxçıvan Muxtar Respublikasının sədri cənab Vasif Talıbov və digər rəsmi şəxslər iştirak ediblər.

Mərasimdə bildirilib ki, “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqı tərəfindən yaradılan “Tudor Logistik və Sənaye Mərkəzi” əhalinin zəruri ərzaq məhsullarına olan tələbatının ödənilməsində mühüm rol oynayacaq. Burada qənd istehsalı və şəkər tozunun, dənli bitkilərin və çayın qablaşdırılması bölmələri yaradılıb. Ali Məclisin sədri rəmzi düymə ilə müəssisəni işə salıb. Daha sonra mərasim iştirakçıları çay fabrikinin ərazisi və istehsal prosesləri ilə tanış olublar. İllik istehsal gücü 4880 ton olan müəssisədə qənd, şəkər tozu, dənli bitkilərin və çayın qablaşdırılması olmaqla, 57 çeşiddə məhsul istehsal olunacaqdır. İstehsal sahəsi ilə yanaşı, hazır məhsul və xammal anbarı, yeməkxana, 5 iş otağı, iclas zalı, laboratoriya və digər xidməti otaqlar da vardır. Müəssisədə yaradılan anbarda strateji ərzaq məhsullarının saxlanması təmin ediləcəkdir ki, bu da əhalinin və yerli istehsal müəssisələrinin bu məhsullara olan tələbatının fasiləsiz təmin edilməsinə və daxili bazarın qorunmasına töhfə verəcəkdir. İstehsal olunan məhsulların muxtar respublikanın tələbatını ödəməklə yanaşı, ölkəmizin digər regionlarında da satışı nəzərdə tutulub.