Əsl Çay Tudor Çay

Şri-Lankanın çay bağlarından gələn əsl çay.

Tudor kəllə qənd

Şirinliyi və xoş tamı ilə çayınıza dad qatır.

Məhsullar
BİZ KİMİK?

Bizim hekayəmiz

Dünyada ən çox çay sevən xalqlardan biri Azərbaycan xalqıdır. Ölkəmizdə çay mədəniyyəti olduqca zəngindir, çaya olan sevgimiz haqqında isə ağız dolusu danışmaq olar. Məhz buna görə də, Azərbaycan xalqının çay sevgisinə layiq olan “TUDOR” markası ekspertlər tərəfindən seçilən xüsusi çay yarpaqlarından ərsəyə gəlir.

NİYƏ MƏHZ SEYLON ÇAYI?

Seylon çayı harada yetişir?

“Seylon çayı hardan gəlir?” sualına ən bariz cavab olaraq “Şri-Lankanın dağlarından və ətəklərindən” demək olar. Şri-Lanka Hindistanın cənubunda yerləşən bir ada ölkəsidir, XX əsrin ortalarına kimi Seylon adı ilə məşhur idi. Şri-Lankanın sahib olduğu iqlim orada il boyu çay yığımı üçün münbit şərait yaradır. Bu ölkədə çay yığımı texnika ilə deyil, əl ilə toplanır və qayğı ilə çeşidlənir. Məhz buna görə də çay yarpaqlarının dadı və ətri qorunur.

ŞİRİNÇAY SEVƏNLƏRƏ

Pürrəngi çay, özü də kəllə qəndlə...

Xalqımızın çaya düşkünlüyü sayəsində çayın ayrılmaz hissəsi sayılan qənd də xüsusi yerə malikdir. Pürrəngi çay, özü də kəllə qəndlə… Kəllə qənd xüsusi istehsal prosesinə malikdir. Yüksək keyfiyyətli şəkər tozu xüsusi əritmə qazanlarında əridilərək filtrlərdən keçirilir, arıtlanır və bundan sonra əmələ gələn şəkər şərbəti vakuum bişirmə aparatına daxil edilərək 75-85 °C temperaturda tam qapalı sistemdə bişirilir. Daha sonra bişmiş və qatılaşdırılmış şərbət qəliblərə doldurulur və burada bərkimə prosesi həyata keçirilir. Növbəti mərhələdə bu qəliblər dəqiqədə 550-600 dəfə fırlanma sürəti ilə fırlanan sentrifuqalara yerləşdirilir. Bu fırlanma sayəsində kəllə qənd öz bəyaz rəngini almağa başlayır. Daha sonra bütöv şəkildə istehsal edilmiş kəllə qənd qurutmaya verilərək doğrama qurğuları vasitəsilə doğranılır və qablaşdırılır. Bu proses boyunca heç bir kimyəvi qatqılardan istifadə edilmir və bütün proseslər qapalı formada tam avtomatlaşdırılmış rejimdə aparılır.

Çay mədəniyyəti

Ölkəmizdə əsrlərdən bəri çay dostluğun, qonaqpərvərliyin və gözəl xatirələr paylaşılmasının simvolu olmuşdur. “TUDOR” çay ailəsi ən gözəl anlarınıza xüsusi aroma qatacaq.

Məhsullarımız

Berqamot ətirli çay

500 q

Berqamot ətirli çay

250 q

Berqamot ətirli çay

100 q

Qara çay

500 q

Qara çay

250 q

Qara çay

100 q

Kəllə qənd

1000 q

Kəllə qənd

500 q

Abunə Olun